ABŞ
Nə neft var, nə də pul - Tramp bu ölkənin dağılacağını elan etdi
Venesueladan neft tədarükünün kəsilməsi Kubanı çökmə həddinə gətirib.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ayova ştatına səfəri zamanı bildirib.
“Kuba hazırda dağılmaq üzrə olan ölkədir. Onlar Venesueladan pul və neft alırdılar. İndi isə bu imkanlardan məhrumdurlar”, - deyə Tramp vurğulayıb.
Yanvarın 24-də “Politico” qəzeti Tramp administrasiyasının Kubada hökumət dəyişikliyinə nail olmaq məqsədilə ölkənin neft tədarükünü dayandırmaq üçün dəniz blokadası ehtimalını müzakirə etdiyini yazıb. Qəzetin mənbələrinə görə, ABŞ dövlət katibi Marko Rubio bu ideyanı dəstəkləsə də, məsələ ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.
Bundan əvvəl, yanvarın 22-də “The Wall Street Journal” mənbələrə istinadən xəbər verib ki, Tramp administrasiyası 2026-cı ilin sonuna qədər Havanada hakimiyyətin devrilməsi üçün Kuba hökuməti daxilində potensial fiqurlar axtarır.
Qəzet qeyd edir ki, Venesuela prezidenti Nikolas Maduronun “ilhamverici” devrilməsi ssenarisindən sonra oxşar plan Kuba üçün də nəzərdən keçirilməyə başlanıb. Mənbələrin iddiasına görə, ABŞ administrasiyası Kuba iqtisadiyyatını “çökməyə yaxın” qiymətləndirir və Venesuela ilə strateji müttəfiqliyin zəifləməsindən sonra ölkə hökuməti indiyədək olmadığı qədər kövrək vəziyyətdədir.
Akqabay
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu













.webp)

.jpg)





















