Dünya
Bu ölkədə yeni silah qanunu qəbul olunacaq
“Monteneqroda odlu silah saxlamaqla bağlı yeni qanun qəbul ediləcək və silah sahibləri ciddi nəzarətdən keçəcəklər”.
Publika.az xəbər verir ki, bunu Monteneqronun Baş naziri Miloyko Spaiç Milli Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
“Yaxın vaxtlarda qəbul olunacaq yeni qanuna görə, hər hansı silah gəzdirməyə və ya saxlamağa ən sərt cəzalar tətbiq ediləcək. Bundan başqa, lisenziyası olan qanuni silah sahibləri 2026-cı il yanvarın 1-dək yeni psixoloji və təhlükəsizlik yoxlamalarından keçməlidirlər. Bu şərti yerinə yetirməyən hər kəsin icazəsi ləğv olunacaq. Qeyri-qanuni silahlara gəlincə isə bununla bağlı kampaniya var və onun müddəti iki ay ilə məhdudlaşacaq. Əgər iki ay ərzində insanlar qanunsuz silahları təhvil verməsələr, sərt şəkildə cəzalandırılacaqlar”, - deyə Baş nazir bildirib.
Xatırladaq ki, yanvarın 1-də Monteneqronun cənubundakı Çetinye şəhərində törədilmiş silahlı hücum nəticəsində 12 nəfər ölmüş və 4 nəfər yaralanmış, silahlı şəxs isə intihar etmişdi. Ölkədə üç günlük milli matəm elan olunmuşdu. Bu, son iki il yarım ərzində Çetinyedə törədilən ikinci kütləvi qətldir. 2022-ci il avqustun 13-də baş verən insident nəticəsində 10 nəfər həlak olmuş, 6 nəfər yaralanmış və silahlı şəxs polislə atışma zamanı öldürülmüşdü.
-
Yaxın Şərq11:06Dubaydan Təl-Əvivə uçan təyyarə qaçırıldı - Göyərtədə 100-dən çox İsrail vətəndaşı var
-
Yaxın Şərq10:18Qüds ermənisi haray çəkdi: Biz tualet deyilik, dayanın
-
Rəsmi xronika09:40İlham Əliyev sərgi iştirakçılarına müraciət ünvanladı
-
Sosial09:30Bakının bu ərazisində evlər söküləcək - VİDEO
-
ABŞ09:00ABŞ nüvə sualtı qayığı ilə bağlı yeni qərar verdi
-
Avropa08:36Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək
-
Avropa07:47Bu adada 8,5 milyon illik kərgədan kəlləsi tapıldı
-
Magazin106:16Nübar bu kanalda çalışacaq










.jpg)




















