ABŞ
Tramp Kanadaya qarşı rüsumları da dayandırdı
ABŞ prezidenti Donald Tramp Kanada mallarına idxal rüsumlarını 30 gün müddətinə dayandıracağını təsdiqləyib.
Publika.az xəbər verir ki, o, bu barədə “Truth” hesabında yazıb.
ABŞ lideri bu qərarı ABŞ administrasiyasının Kanada ilə ticarət razılaşması əldə etmək üçün aldığını bildirib.
"Mən bu ilk nəticədən çox məmnunam və Kanada ilə yekun iqtisadi razılaşmanın əldə edilib-edilməyəcəyini görmək üçün şənbə günü elan edilən rüsumlar 30 gün müddətinə dayandırılacaq. Hamı üçün ədalət", - deyə Tramp qeyd edib.
Qeyd edək ki, Kanadanın baş naziri Castin Trüdo da “X” hesabında bu barədə paylaşım edərək ABŞ-ın Kanadaya tətbiq edəcəyi rüsumları 30 gün müddətinə dayandırdığını açıqlayıb.
Qeyd edək ki, Tramp bundan öncə Meksikadan idxal olunan mallara tətbiq ediləcək rüsumların bir aylıq müddətə dayandırıldığını təsdiqləmişdi.
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ağıllı addımlar sizə uğur gətirəcək.
-
Magazin123 Aprel 23:12Xalq artisti qızı ilə bağlı sosial şəbəkədə nə yazıb?
-
Magazin123 Aprel 20:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT23 Aprel 19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə23 Aprel 18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat23 Aprel 18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika23 Aprel 17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial23 Aprel 16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi



















.jpg)















