ABŞ
ABŞ bu tarixədək USAID-in xaricdəki bütün ofislərini bağlayacaq
ABŞ hakimiyyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün xarici ofislərini ləğv etmək və onun proqramlarına nəzarəti birbaşa Dövlət Departamentinə vermək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb.
"Nəşrin əldə etdiyi Dövlət Departamentinin məktubunda deyilir ki, dövlət katibi Marko Rubio agentliyin bütün beynəlxalq heyətinin ləğvi, xarici yardım proqramlarına nəzarəti birbaşa Dövlət Departamentinə təhvil verməsi barədə göstəriş verib", - qəzet yazıb.
Prosesin sentyabrın 30-da başa çatdırılması gözlənilir və 100-dən çox ölkədə xarici xidmət zabitləri, podratçılar və yerli işçilər də daxil olmaqla, USAID-in dünya üzrə yüzlərlə əməkdaşına təsir göstərəcək.
Xatırladaq ki, USAID fevralın 24-də elan edib ki, Tramp administrasiyası minlərlə iş itkisi ilə nəticələnə bilən işçi qüvvəsinin kütləvi ixtisarına başlayıb. Xaricdə işləyənlər üçün agentlik tamamilə USAID tərəfindən maliyyələşdirilən uçuş proqramı təşkil etməyi planlaşdırır. İşdən çıxarılan bütün işçilər öz ölkələrinə qayıdana qədər agentliyin sistemlərinə, resurslarına və diplomatik kanallarına çıxış əldə edəcəklər.
Adəm
-
İdman15:14Ulduz futbolçu və həyat yoldaşı insan alverində ittiham olunur
-
Qoroskop14:32Bu il 3 bürc üçün çox uğurlu olacaq - Onların yüksəliş dövrü başlayır
-
İqtisadi gündəm14:13Minimum əmək haqqı ilə bağlı təklif: Ən azı...
-
Nida Xəbər 13:46Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır - SİYAHI
-
Nida Xəbər 13:25İlk köç karvanı Xankəndi şəhərinə çatdı - Yeniləndi
-
Rəsmi xronika12:50İlham Əliyevdən Trampa: Dəvəti qəbul edirəm...
-
Nida Xəbər 12:40Tramp Bakı və İrəvan arasındakı razılaşmadan danışdı: Putin inanmadı, mənə dedi ki...
-
ABŞ12:34ABŞ Konqresi seçimini etdi: Venesuelanı o idarə edəcək - FOTO
















.jpg)

.webp)








.jpg)









