Magazin1
Niyaməddin Musayevin qızı Qumralın ifasını “YouTube”dan sildirdi - VİDEO
Niyaməddin Musayevin qızı Röya müğənni Qumralın ifasını “YouTube” platformasından sildirdiyini bildirib.
Publika.az olay-a istinadla xəbər verir ki, bu barədə tərəflər “Tarixin bir günü” verilişində açıqlama veriblər.
Qumral “Dünya sənin, dünya mənim” mahnısının silinməsi ilə bağlı deyib ki, ifanın “YouTube”dan götürülməsinin Röya tərəfindən edildiyi ona bildirilib:
“Mənə dedilər ki, Röya xanım sildirib. Onunla yaxın olmuşuq, çörək kəsmişik. Ona yazdım, amma məni blokladı. Maraqlıdır ki, niyə məhz mən? Axı mən də əziyyət çəkirəm”.
Röya isə iddiaları təkzib edərək Qumralın mahnını düzgün ifa etmədiyini bildirib:
“O, mənə heç nə yazmayıb. Xahiş edirəm, bu cür qalmaqallara şərait yaradılmasın. Nə özümə, nə də atama bunu yaraşdırıram. Atama da demişəm ki, bu mövzu açılsa, efiri tərk etsin. Bu məsələ ilə bağlı onunla iki saat danışmışıq. Qumralın çıxışına baxdım və atama dedim ki, buna icazə verməyəcəyəm. Çünki atamın mahnıları ilə bağlı müəllif hüquqları məndədir. Mahnıda ‘cütlənmiş’ əvəzinə ‘cütləşmiş’ deyilib. Üstəlik, ümumiyyətlə icazə alınmayıb. Müəllif hüquqları qorunur və biz bu məsələyə peşəkar yanaşmışıq. İfa üçün mütləq icazə alınmalıdır”.
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava


































.jpg)
