MDB
Moldovanın MDB-dən çıxması asan olmayacaq: Moskva şərtləri açıqladı
Moldovanın MDB-dən çıxması Birlik Nizamnaməsinə uyğun olaraq müəyyən vaxt aparacaq.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Bununla belə başa düşmək lazımdır ki, MDB üzvlüyünə xitam vermək müvafiq prosedurlara riayət etməyi tələb edir. MDB Nizamnaməsinin 9-cu maddəsinə əsasən, dövlət 12 ay əvvəl MDB İcraiyyə Komitəsini yazılı şəkildə xəbərdar etməklə Birlikdən çıxmaq hüququna malikdir.
Bundan sonra bu bir illik müddətin hesablanacağı tarix müəyyən ediləcək və ayrılan dövlətin qoşulduğu MDB orqanlarının müqavilə və qərarlarının inventarlaşdırılması prosesinə başlanılacaq”, - deyə nazirliyin saytında yerləşdirilən şərhdə deyilir.
Beləliklə, Birlikdən çıxmaq “birdəfəlik addım” deyil və müəyyən edilmiş prosedura riayət etmək Moldovanın təkcə Rusiyaya deyil, digər MDB dövlətlərinə münasibətdə beynəlxalq öhdəliklərinin bir hissəsidir.
Xarici İşlər Nazirliyi xatırladıb ki, Kişinyov artıq bir neçə ildir ki, MDB-dən uzaqlaşır, onun nizamnamə orqanlarının iclaslarında iştirakdan imtina edir, vahid büdcədən payını ödəmir, respublika vətəndaşları üçün heç bir əlavə dəyər daşımadığı iddia edilən sazişləri seçmə şəkildə denonsasiya edir.
Bundan əvvəl Moldovanın xarici işlər naziri Mixay Popsoi ölkənin MDB-dən tam çıxması üçün nazirliyin lazımi prosedurlara başladığını açıqlamışdı. Əvvəlcə respublika parlamenti qərarı təsdiq etməlidir, bundan sonra Xarici İşlər Nazirliyi quruma rəsmi bildiriş göndərəcək. Nazirlik izah edib ki, bütün proses 12 ay çəkəcək.
Tural
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır
-
İdman07:55"Formula 1" onuncu dəfə Bakı küçələrində - Bu gün
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər
-
Hadisə06:46Xəbərdarlıq: Bu gün Günəşdə güclü partlayışlar gözlənilir
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video







































