ABŞ
Trampın Davosa uçan təyyarəsi TƏCİLİ GERİ QAYIDIR - Nə baş verir?
ABŞ Prezidenti Donald Trampı Davosa aparan təyyarə texniki nasazlıq səbəbindən ABŞ-a geri qayıdır.
Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, laynerdə texniki problem aşkar edilib. Təyyarə Merilend ştatında yerləşən Endryus birləşmiş aviabazasına enəcək, dövlət başçısı isə İsveçrədə keçiriləcək forumda iştirak etmək üçün başqa bir təyyarə ilə yola düşəcək.
“Bu maraqlı səfər olacaq, nə baş verəcəyini bilmirəm”, – deyə Donald Tramp uçuşdan əvvəl jurnalistlərə bildirib və səfərin uğurlu keçəcəyinə əminliyini ifadə edib.
Telekanalın məlumatına görə, ABŞ Prezidenti Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etməli, dünya liderləri ilə görüşlər keçirməli və çıxış etməlidir. Bundan əlavə, onun Qrenlandiya ilə bağlı müzakirələr də daxil olmaqla bir sıra görüşləri planlaşdırılıb.
Qeyd edək ki, İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu yanvarın 19-dan 23-dək keçirilir. Tədbirdə 60-dan çox dövlət və hökumət başçısının, 55 iqtisadiyyat və maliyyə nazirinin, eləcə də 800-dən artıq iri şirkət rəhbərinin iştirakı gözlənilir.
Hüseyn İbadlı
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?















.jpg)
.jpg)

















