ABŞ
Tramp o sanksiyaları ləğv etdi
ABŞ Suriyaya qarşı sanksiyalarını rəsmi şəkildə ləğv edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sərəncam imzalayıb.
Lakin keçmiş prezident Bəşər Əsədə, onun tərəfdaşlarına, insan haqlarını pozanlara və kimyəvi silah proqramının iştirakçılarına qarşı tədbirlər qüvvədə qalır.
Bundan başqa, Suriyanın “terrorizmi dəstəkləyən dövlət” statusuna, “Hayat Təhrir əş-Şam” qruplaşmasının xarici terror təşkilatı kimi tanınmasına və Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ABŞ-nin “xüsusilə təhlükəli beynəlxalq terrorçular” siyahısına salınması ilə bağlı qərarlara da yenidən baxılacaq.
Xatırladaq ki, Tramp mayda Yaxın Şərqə səfəri zamanı ABŞ-ın bu ölkəyə qarşı bütün sanksiyaları ləğv edəcəyini bəyan etmişdi.
Suriya 1979-cu ildən bu yana ABŞ-ın sanksiyaları altında idi.
-
Hadisə10:20Tərtər və Goranboyda zəhərlənmələr oldu - Ölənlər var
-
Magazin209:32Məşhur türkiyəli aktyor saxlanıldı
-
Sosial09:00Azərbaycanda bu ölkələrdən gətirilən ətlər satılır: Hindistan, Monqolustan... - TAM SİYAHI
-
Nida Xəbər 08:30Azərbaycana qarşı torpaq iddiası - Kürd təşkilatları aktivləşdi
-
Sosial08:15Evlənmək istəyənlərə yeni tələb: elçilikdə bu da ola bilər
-
İKT07:35"Samsung"dan xəbərdarlıq - Smartfonlar BAHALAŞACAQ
-
Ekopublika.az07:15Güzəşt ləğv edildi: Kərə yağı bahalaşacaq? - VİDEO
-
ABŞ06:16Tramp Venesuelada hərbi əməliyyatların "ikinci dalğası"nı planlaşdırıb





































