Dünya
ABŞ səmasında sirli uçuş - “Nüvə snayperi” göründü, hər kəsi qorxu bürüdü
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “nüvə snayperi” kimi tanınan "Boeing WC-135R Constant Phoenix" təyyarəsi ABŞ səmasında sirli bir uçuş həyata keçirib.
Publika.az ABŞ mətbuatına istinadən xəbər verir ki, nüvə fəaliyyətini aşkar etmək üçün istifadə edilən xüsusi təchiz olunmuş təyyarə Nebraskadan havaya qalxıb.
Cənubi Dakota və Şimali Dakota ştatının Farqo şəhəri yaxınlığında dövrə vuran təyyarə sonuncu dəfə Rapid Siti üzərində uçub.
"WC-135R" nüvə partlayışlarından radioaktiv dağıntıları aşkar etmək və atmosferdən nümunələr toplamaq üçün nəzərdə tutulub. Məlumata görə, təyyarə, qabaqcıl avadanlıqları sayəsində radioaktiv buludları real vaxt rejimində aşkarlaya və xarici filtr sistemləri və kompressor quruluşu havadakı hissəcikləri və qaz nümunələrini analiz üçün saxlaya bilir.
Bu uçuşun ABŞ və Rusiya arasında 5 fevralda "New START" (Yeni Strateji Silahların Azaldılması Müqaviləsi) müqaviləsinin müddətinin bitməsi ərəfəsi ilə üst-üstə düşməsi beynəlxalq ictimaiyyətdə nüvə gərginliyi ilə bağlı müzakirələrə səbəb olub.
İddiaya görə, Rusiya prezidenti Vladimir Putin nüvə başlığı imkanlarını məhdudlaşdıran müqavilənin daha 12 ay müddətinə uzadılmasını təklif edib, lakin ABŞ prezidenti Donald Tramp hələlik bu məsələ ilə bağlı rəsmi qərarını açıqlamayıb.
Roza
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI































