Tramp onlara nifrət bəslədiyini ETİRAF ETDİ
Bizi izləyin

ABŞ

Tramp onlara nifrət bəslədiyini ETİRAF ETDİ

ABŞ Prezidenti Donald Tramp müttəfiqi Çarli Kirkin dəfn mərasimində bəyan edib ki, o, Kirkdən rəqiblərinə bəslədiyi nifrəti ilə fərqlənir.

Publika.az xəbər verir ki, Trampın çıxışı Fox News telekanalında yayımlanıb.

"O, nəcib və böyük məqsədi olan bir missioner idi. O, rəqiblərinə nifrət etmirdi və onlar üçün ən yaxşısını istəyirdi. Mən rəqiblərimə nifrət edirəm və onlara ən yaxşısını arzulamıram", - Tramp deyib.

Bu sözlərdən dərhal sonra Tramp gülümsəyərək Kirkin bu sözlərinə görə hazırda ona qəzəbləndiyini bildirib və Kirkin xanımı Erikanı onun səhv etdiyinə inandırmaq üçün tribunaya dəvət edib.

Trampın sözlərinə görə, Kirk insanları öz ideya və prinsiplərinin düzgünlüyünə inandırmağa çalışıb və debatlarda heç vaxt nifrət və ya kobudluğa əl atmayıb. O, həmçinin siyasi zorakılığa ən çox solçuların əl atdığını iddia edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm