Kirkin xanımı ərinin qatili ilə bağlı ŞOK QƏRAR VERDİ
Bizi izləyin

ABŞ

Kirkin xanımı ərinin qatili ilə bağlı ŞOK QƏRAR VERDİ

Çarli Kirkin xanımı Erika, onun ehtimal olunan qatilini - Tayler Robinsonu bağışladığını bildirib.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Mən onu bağışlayıram,” - deyə o, Kirk üçün təşkil olunan vətəndaş vida mərasiminə gələnlərin qarşısında söyləyib.

Erikanın sözlərinə görə, həyat yoldaşı onun həyatını əlindən alan gənc kimi gəncləri xilas etmək istəyirdi və o, Məsihin vəsiyyətinə uyğun olaraq onu bağışlayır, çünki “o, nə etdiyini bilmirdi”.

Erika həmçinin bildirib ki, onun əri Amerikan ailəsinin dirçəlməsi uğrunda mübarizə aparırdı:

"Ailədə kişi başçı, qadın isə köməkçi olmalıdır, amma qulluqçu yox. Kişilər Çarlinin çağırışını qəbul edib əsl kişiliyi qəbul etməli, ailələrini sevib qorumağa çalışmalıdırlar. Qadınlar isə gözəl əxlaq sahibi olaraq evin qoruyucusu olmalı və ərlərini ruhlandırmalıdırlar”.

“Əgər siz anasınızsa, bilin ki, sahib olduğunuz ən önəmli xidmət məhz budur,” - deyə o əlavə edib.

Xatırladaq ki, sentyabrın 10-da Yuta ştatında bir universitet kampusunda konservativ fəal Çarli Kirkə sui-qəsd olunub. Ona 180 metr məsafədən tüfənglə atəş açılıb, güllə boğazına dəyib. Kirk təcili xəstəxanaya çatdırılsa da, xilas etmək mümkün olmayıb. Bir neçə gün sonra polis 22 yaşlı tələbə Tayler Robinsonu saxlayıb. Onu keçmiş polis olan atası ələ verib. İstintaqın məlumatına görə, şübhəlinin motivləri Kirkin siyasi baxışlarını qəbul etməməsi ilə bağlı olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm