Vanna otağına girən ayı qayınananın güdazına getdi
Bizi izləyin

ABŞ

Vanna otağına girən ayı qayınananın güdazına getdi

Florida sakini Zeke Klark evinə girmiş qara ayını öldürmək məcburiyyətində qalıb.

Publika.az xəbər verir ki, bu barədə “People” məlumat yayıb.

Klarkın sözlərinə görə, yırtıcı evə qaraj qapısından girib.

Ev sahibinin qayınanasının qışqırığından ayı özünü itirib. Evdə xaos yaşanıb. Qadının qışqırığından qorxub qaçmaq istəyən ayını bir tərəfdən də itlərin hürməsi hürküdüb. Evdəki səslərdən vahiməyə düşən ayı mənzilin vanna otağına girib. Evin sahibi Klark vanna otağında heyvanın qarşısını kəsib və odlu silahla vurub:

"Qapını ehmalca açdım, bir dəfə atəş açdım və ayı qaçmaq istəyəndə qapını bağladım. Sonra daha iki atışla onu öldürdüm".

Qeyd edək ki, hadisədən sonra Klark ayının cəsədini evdən çıxarıb və Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyasını hadisə yerinə çağırıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm