ABŞ
Tramp Soros və Hoffmana MEYDAN OXUDU - “Problemləri olacaq”

"Maliyyəçi Corc Soros və "LinkedIn"in həmtəsisçisi Rid Hoffman solçu radikalları maliyyələşdirdikləri aşkar edilərsə, hüquqi problemlə üzləşə bilərlər".
Publika.az xəbər verir ki, bununla bağlı ABŞ Prezidenti Donald Tramp xəbərdarlıq edib.
“Soros - bu adı, əlbəttə ki, tez-tez eşidirəm. Mən radikal solçu olan kifayət qədər varlı insanların adlarını eşidirəm. Ola bilər. Rid Hoffman adlı bir şəxsdən də eşidirəm. Əgər onlar bu işləri maliyyələşdirirlərsə, problemləri olacaq” - Tramp bəyan dib.
Tramp ABŞ-da siyasi terrorizmin artmasında radikal solçuları, xüsusilə də öz müttəfiqi Çarli Kirkə qarşı sui-qəsddə ittiham edir.
"The New York Times" yazır ki, ABŞ-ın baş prokuroru Pam Bondi Sorosun terrorizmi maliyyələşdirməsi ilə bağlı istintaqın başlanmasına təkid edir. ABŞ Ədliyyə Nazirliyi bir neçə dairədə federal prokurorlara Corc Sorosun "Open Society Foundations" fondu ilə bağlı istintaq planları hazırlamağı tapşırıb. NYT-nin məlumatına görə, Tramp Sorosun “həbs edilməsini” əmr edib.
Trampın Sorosla bağlı bəyanatı onun Rusiya ilə əlaqələri barədə hesabat hazırlayan keçmiş FTB rəhbəri Ceyms Komiyə yalan ifadə verməklə bağlı ittiham irəli sürülməsindən dərhal sonra verilib.
Trampın sözlərinə görə, Komi indi cavab verməli olacaq.
Hüseyn İbadlı

-
İdman09:36
Görün "Neftçi" Abubakara nə qədər maaş təklif edir
-
Region09:23
Daha vacib şəxslərlə görüşürdü: Putin Paşinyanı gecə yarısına qədər gözlədib
-
ABŞ08:24
Tramp Türkiyə nümayəndə heyəti ilə bağlı görün nələr deyib - VİDEO
-
Sosial07:47
Azərbaycanda atalıq məzuniyyətinə görə pul ödəniləcək? - VİDEO
-
ABŞ07:30
ABŞ-dan İNANILMAZ TƏKLİF - Onu nüvə zərbəsi ilə məhv edək
-
Magazin106:16
“Atam istəyirdi ki, oğul nəvəsi olsun” - VİDEO
-
Nida Xəbər 03:43
Azərbaycanlı politoloq Ermənistan səfərindən DANIŞDI - VİDEO
-
Nida Xəbər 01:41
Ramiz Hüseynzadə ölümündən 7 gün öncə Fərdaya nə demişdi? - VİDEO