ABŞ
ABŞ-dan İNANILMAZ TƏKLİF - Onu nüvə zərbəsi ilə məhv edək

NASA alimləri də daxil olmaqla, arXiv-də beynəlxalq alimlər qrupu 2024 YR4 asteroidini nüvə zərbəsi ilə məhv etməyi təklif edib.
Publika.az xəbər verir ki, bu barədə komandanın saytında yerləşdirilmiş araşdırmada qeyd olunub.
Alimlər 2024 YR4 asteroidinin Ayla toqquşmasının qarşısını almaq üçün iki variant irəli sürüblər: birincisi — asteroidin orbitini dəyişmək, ikincisi isə kosmik cismi nüvə silahı ilə məhv etmək. İkinci variant üçün bir meqaton gücündə nüvə bombası kifayət edər.
Komanda asteroidlə bağlı yekun qərarın 2028-ci ilin sonunda, onun Yerə yaxınlaşmasından sonra verilməsini təklif edir.
Bundan əvvəl NASA bildirmişdi ki, 2024 YR4 asteroidinin 2032-ci ildə Ayla toqquşma ehtimalı 4,3% təşkil edir.
2024 YR4 asteroidi 2024-cü ilin dekabr ayında aşkar edilib. Müşahidələrə əsasən, diametri təxminən 60 metr olan bu asteroid əksər asteroidlər kimi “kartofvari” deyil, daha çox xokkey şaybasını xatırladan yastı disk formasındadır. Bundan əlavə, o, çox yüksək sürətlə fırlanır — hər 20 dəqiqədə bir tam dövr edir. Güman edilir ki, asteroid Mars və Yupiter arasında yerləşən əsas kəmərdən qaynaqlanır və silikatlarla zəngindir.
Hüseyn İbadlı

-
İdman09:36
Görün "Neftçi" Abubakara nə qədər maaş təklif edir
-
Region09:23
Daha vacib şəxslərlə görüşürdü: Putin Paşinyanı gecə yarısına qədər gözlədib
-
ABŞ08:24
Tramp Türkiyə nümayəndə heyəti ilə bağlı görün nələr deyib - VİDEO
-
Sosial07:47
Azərbaycanda atalıq məzuniyyətinə görə pul ödəniləcək? - VİDEO
-
ABŞ07:30
ABŞ-dan İNANILMAZ TƏKLİF - Onu nüvə zərbəsi ilə məhv edək
-
Magazin106:16
“Atam istəyirdi ki, oğul nəvəsi olsun” - VİDEO
-
Nida Xəbər 03:43
Azərbaycanlı politoloq Ermənistan səfərindən DANIŞDI - VİDEO
-
Nida Xəbər 01:41
Ramiz Hüseynzadə ölümündən 7 gün öncə Fərdaya nə demişdi? - VİDEO