Magazin1
“Atam istəyirdi ki, oğul nəvəsi olsun” - VİDEO
Xalq artisti Röya Ayxan uzun zaman sonra konsert proqramı ilə çıxış edib.
Publika.az xəbər verir ki, məşhur məkanların birində performans göstərən sənətçi jurnalistlərin suallarını cavablandırıb.
Pop ulduz qardaşı İsmayılın yeni doğulan oğlu Mete Beyazdan, mərhum atası Yaqub Nəcəfovdan danışıb.
Sənətçi deyib ki, Mete onun üçün xilaskardır:
“Mete Beyaz mənim xilaskarımdır. “Öl” desə, ölərəm. O, məni tutdu, ayağa qaldırdı, saxladı. İki aydır onu qucaqlamışam, onunla yaşayıram. Qızın ailəsi zəng edir ki, İstanbula gəlsinlər. Deyirəm ki, dəyməyin, mən hələ özümə gəlməmişəm, getməsin. Gəlinə deyirəm ki, ikincini də dünyaya gətir, bunu ver, get. Deyir, yox… Atam nəvəsi üçün bir çəhrayı oyuncaq almışdı, bir də boz rəngdə papış. O papışı tez geyindirdim. Sonradan vəziyyəti ağırlaşdı, heç nə edə bilmədik. Huşu özündə olanda iki cür almışdı hər şeyi. Çox istəyirdi ki, oğlunun oğlu olsun. Deyirdi, nəvə… Deyirdim ki, sənin nəvələrin var da, iki qızının da övladları var. Deyirdi, öz nəvəmi, oğul nəvəmi istəyirəm. Mete mənim üçün başqa dünyaya qapı açdı. O, mənim üçün hər şeydir. Öz oğlum doğulanda belə hisslər yaşamamışdım. İndi elə bil anayam mən, ya da nənəyəm mən… Nə bilim. Qoymayacağam ki, “bibi” desin. “Röya” desin”. (OLAY)
-
Magazin106:16Nəsrinin serialı bu tarixdə başlayır
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO





























.jpg)



