ABŞ
Özbəkistan da nadir torpaq elementlərinin çıxarılmasını ABŞ-a həvalə etdi
Özbəkistan və Amerika Birləşmiş Ştatları respublika ərazisində nadir torpaq elementlərinin birgə işlənməsi ilə bağlı kompleks razılaşmalar imzalayıblar.
Publika.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəsmi saytı məlumat yayıb.
İmzalanmış sənəd nadir torpaq elementlərinin hasilatı və emalı sahəsində layihələri əhatə edir. Bu layihələr Özbəkistanın Dirçəliş və İnkişaf Fondu ilə ABŞ-ın "Re Element Technologies" korporasiyası arasında tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək. İmzalanma mərasimi respublika rəhbəri və ABŞ-ın ticarət naziri Hovard Lütniqin iştirakı ilə baş tutub.
Səfər çərçivəsində tərəflər süni intellekt sahəsində əməkdaşlıq, nasos stansiyalarının modernləşdirilməsi və suya qənaət üzrə innovativ texnologiyaların tətbiqi ilə bağlı da razılaşmalar imzalayıblar. Bu addımlar resurslardan istifadənin səmərəliliyini artırmağa yönəlib.
Hüseyn İbadlı
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM




































