Nida Xəbər
Azərbaycan data mərkəzləri üçün regional mərkəz ola bilər - Fariz Cəfərov
Bakıda “Dayanıqlılıq və Enerji Transformasiyası” mövzusunda “Technovation” adlı tədbir keçirilir.
Publika.az xəbər verir ki, tədbir çərçivəsində rəqəmsal inkişaf, süni zəka texnologiyaları və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.
Tədbirdə çıxış edən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov ölkədə və dünyada süni zəkanın inkişaf tendensiyaları, data mərkəzlərinə artan tələbat və enerji resurslarının əhəmiyyəti barədə danışıb.
O bildirib ki, qlobal miqyasda süni zəka və data mərkəzlərinə yatırımlar sürətlə artır və yaxın illərdə bu sahəyə təxminən 3 trilyon dollar həcmində investisiya yönəldilməsi gözlənilir. Bu isə paralel olaraq enerji istehlakının da ciddi şəkildə artmasına səbəb olacaq.
“Beynəlxalq Enerji Agentliyinin hesablamalarına əsasən, 2030-cu ilə qədər data mərkəzlərinin enerji tələbatı iki dəfə artacaq. Bu, təxminən Yaponiyanın illik elektrik enerjisi istehlakı qədər bir həcmdir. Deməli, süni zəkanın inkişafı üçün enerji əsas strateji resurslardan birinə çevrilir”, - deyə o qeyd edib.
Cəfərovun sözlərinə görə, Azərbaycan son illərdə rəqəmsal transformasiya istiqamətində sistemli yanaşma formalaşdırıb və 2026-2029-cu illəri əhatə edən geniş rəqəmsal inkişaf strategiyası hazırlanıb. Bu strategiya çərçivəsində 300-dən çox yerli şirkət və kiçik və orta sahibkarlıq subyektinin dəstəklənməsi nəzərdə tutulur.
O vurğulayıb ki, süni zəkanın tətbiqi təkcə texnologiyanın gətirilməsi ilə məhdudlaşmır:
“Bu, yalnız texnologiyanın tətbiqi deyil. Biznes prosesləri dəyişməlidir, düşüncə tərzi yenilənməlidir, istedadlar inkişaf etdirilməlidir, infrastruktur gücləndirilməlidir. Bu, kompleks və strateji bir transformasiya prosesidir”.
Fariz Cəfərov əlavə edib ki, Azərbaycanın enerji potensialı və coğrafi mövqeyi ölkəni həm enerji təchizatçısı, həm də iri data mərkəzləri üçün regional mərkəzə çevirmək imkanına malikdir.
Onun sözlərinə görə, hazırda bir sıra beynəlxalq tərəfdaşlarla data mərkəzlərinin inkişafı və rəqəmsal infrastrukturun genişləndirilməsi istiqamətində əməkdaşlıq həyata keçirilir, eyni zamanda ölkədə fiber-optik şəbəkələrin inkişafı sürətlə davam edir.
“Bağlantı olmadan süni zəka ekosistemini inkişaf etdirmək mümkün deyil. Güclü rəqəmsal infrastruktur olmadan böyük texnologiya şirkətlərini ölkəyə cəlb etmək də çətindir”, - deyə o bildirib.
Çıxışın sonunda qeyd olunub ki, Azərbaycan həm enerji, həm bağlantı, həm də rəqəmsal inkişaf sahəsində paralel şəkildə irəliləyir və bu istiqamətlər dövlət səviyyəsində strateji prioritet kimi müəyyən edilib.
Adəm Abbaslı
-
ABŞ19:40İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq - Tramp
-
Hadisə19:10Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu
-
Sosial19:00FHN-dən çimərliklərə gedənlərə xəbərdarlıq
-
Dünya18:50Kiyevə kütləvi hava zərbələri: ölü sayı artdı - Yeniləndi
-
MDB17:38Sevastopolda muzeyə hücumu İngiltərə planlaşdırıb - SVR hesabatı açıqladı
-
Magazin217:00Məşhur cütlüyün 20 milyon dollarlıq toyu
-
Dünya16:47"Qazax şahzadəsi" ABŞ-da 35 milyonluq malikanəni cəmi 10 dollara aldı - FOTO
-
Rəsmi xronika15:44Prezident bu qanunda dəyişikliyi təsdiqlədi









.jpg)

.jpg)










.jpg)






.jpg)






