ABŞ
ABŞ narkotik daşıyan qayığı belə məhv etdi - VİDEO
Amerika qüvvələri beynəlxalq Karib sularında narkotiklərin daşınması üçün istifadə edildiyi iddia edilən daha bir qayığı məhv edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset “X”-də yazıb:
"Əvvəllər də qeyd etdiyimiz kimi, narkotik-terrorçu gəmilərə hücumlar amerikalıları zəhərləməyi dayandırana qədər davam edəcək".
O bildirib ki, qayıqda narkotik maddə və ABŞ hakimiyyətinin terror təşkilatı hesab etdiyi təşkilatın üzvləri olub. Təşkilatın adı açıqlanmayıb.
Heqsetin sözlərinə görə, qayıqda üç “narkoterrorçu” olub. Onlar ABŞ ordusunun endirdiyi zərbə nəticəsində həlak olublar.
"Ölkəmizi təhdid edən bütün narko-terrorçulara: Əgər sağ qalmaq istəyirsinizsə, narkotik ticarətini dayandırın. Əgər ölümcül narkotik alverinə davam etsəniz, sizi öldürəcəyik", - Pentaqon rəhbəri əlavə edib.
CNN-in məlumatına görə, ABŞ ordusu son aylarda narkotik ticarəti ilə mübarizə adı altında ən azı 18 kiçik gəmini məhv edib, nəticədə 70 nəfər ölüb.
Tural
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM




































