ABŞ
ABŞ Əhməd Əl Şaraaya qarşı sanksiyaları LƏĞV ETDİ
ABŞ Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraanı sanksiyalara məruz qalan şəxslər siyahısından çıxarmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda Əhməd Əl Şaraaya qarşı tətbiq edilən birtərəfli sanksiyaların ləğv olunduğu təsdiqlənib.
Sanksiyaların ləğvi həmçinin keçid hökumətinin daxili işlər naziri Ənəs Xattaba da şamil edilib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 6 noyabr tarixində ABŞ tərəfindən hazırlanmış qətnaməni qəbul edib. Qətnamə Əhməd əş-Şaraa və Ənəs Xattabın BMT-nin sanksiya siyahısından çıxarılmasını nəzərdə tuturdu.
Avropa Komissiyası da Şaraanı yaxın gələcəkdə Aİ-nin sanksiya siyahısından çıxarmaq niyyətində olduğunu açıqlayıb.
Noyabrın 10-da Əhməd Əl Şaraa Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək.
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM




































