ABŞ
Onlar bu barədə razılığa gələnə qədər şəhəri tərk etməməlidir - Tramp
Amerika Birləşmiş Ştatları Senatının üzvləri şatdaunu dayandırmaqla bağlı razılığa gələnə qədər şəhəri tərk etməməlidir.
Publika.az xəbər veirr ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.
“Onlar razılığa gələ bilməsələr, Respublikaçılar Partiyasının təmsilçiləri dərhal filibasteri ləğv etməlidir”, - deyə Tramp bildirib.
Qeyd edək ki, filibaster ABŞ Senatında tətbiq olunan bir parlament prosedurudur və bu, azlıqda olan senatorlara bir qanun layihəsinin qəbulunu gecikdirməyə və ya tamamilə dayandırmağa imkan verir.
Senatda normalda bir qanun layihəsi sadə çoxluqla (51 səs) qəbul edilir. Hökumətin maliyyələşməsinə dair qanun layihəsi isə 60 səs toplamalıdır. Filibaster səsə qoyulsa və bu Senatda səs çoxluğuna malik Republikaçılar Partiyasının senatorları tərəfindən qəbul edilsə, hökumətin maliyyələşməsi üzrə qanun layihəsi üçün 60 səslik bariyer aradan qalxacaq.
Xatırladaq ki, ABŞ-də federal hökumət maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini 1 oktyabrda qismən dayandırıb.
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM




































