ABŞ
ABŞ-da 5 mindən çox aviareys gecikib və ya ləğv edilib
ABŞ-da şənbə günü 5 mindən çox aviareys gecikib və ya ləğv edilib.
Publika.az xəbər verir ki, bu barədə "FlightAware" portalı məlumat yayıb.
Qeyd edilib ki, 4 mindən çox reysin sərnişinləri gecikmələrlə üzləşib, daha minə yaxın reys isə tamamilə ləğv olunub. Bir gün əvvəl, 7 noyabrda vəziyyət daha da ağır iolub: o zaman 7 mindən çox reys gecikib, 1 025 reys isə ləğv edilib.
Federal hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) səbəbindən ABŞ administrasiyası 7 noyabrdan etibarən ölkənin bir sıra iri hava limanlarında aviaşirkətlərin fəaliyyətinə məhdudiyyətlər tətbiq edib.
Rəsmi olaraq ABŞ hökuməti 1 oktyabrdan fəaliyyətini dayandırıb. Senat hökumətin qısamüddətli maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini ardıcıl 14 dəfə razılaşdıra bilməyib. Beləliklə, ABŞ-da şatdaun başlayıb - bu, ölkə tarixində 22-ci, prezident Donald Tramp dövründə isə 4-cü dəfədir.
ABŞ Prezidenti Donald Tramp senatorlardakı partiya yoldaşlarını filibaster qaydasını ləğv etməklə şatdaunu dayandırmağa çağırır.
Hüseyn İbadlı
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM




































