ABŞ
ABŞ vizası üçün yeni maneə: Bu xəstəliyi olanlar...
ABŞ administrasiyası xərçəng, piylənmə, diabet və ürək-damar xəstəliklərini vizadan imtina üçün əsas ola biləcək tibbi şərtlərin siyahısına əlavə edib.
Publika.az xəbər verir ki, bunu “The Washington Post” yazıb.
Nəşrin əldə etdiyi sənədə görə, Dövlət Departamenti bununla bağlı göstərişi noyabrın 6-da ABŞ-ın dünya üzrə diplomatik nümayəndəliklərinə göndərib.
Dövlət katibi Marko Rubio tərəfindən imzalanan təlimatda qeyd olunur ki, viza rəsmiləri müraciət edənlərin sağlamlıq vəziyyətini nəzərə almalıdır.
Sənəddə bildirilir: “Müəyyən tibbi şərtlər, o cümlədən ürək-damar və tənəffüs xəstəlikləri, xərçəng, şəkərli diabet, metabolik və nevroloji xəstəliklər, psixi sağlamlıq pozuntuları müalicə xərcləri üçün yüz minlərlə dollar tələb edə bilər”.
Qeyd edilir ki, piylənmə də mənfi amil hesab olunmalıdır, çünki yuxu apnesi, hipertoniya və klinik depressiyaya səbəb ola bilər. Tibbi meyarlara əlavə olaraq, konsulluq əməkdaşlarına müraciət edən şəxsin yaşı, himayəsində olanların sayı, xüsusi ehtiyaclarının və ya əlilliyinin olub-olmamasını da nəzərə almaq tapşırılır.
Yerli ekspertlər hesab edir ki, yeni qaydalar viza məmurlarına əvvəllər rədd üçün mütləq əsas sayılmayan ümumi tibbi şərtlərdən çıxış edərək vizaları ləğv etmək üçün “çox geniş səlahiyyət” verir.
Ağ Evin mətbuat katibi Anna Kelli bildirib ki, bu “100 illik” praktika əcnəbilərin ABŞ vergiödəyiciləri üçün maliyyə yükünə çevrilməsinin qarşısını almağa xidmət edir.
Adəm
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
































