İdman
Haalandın çəkildiyi reklam gündəm oldu
Norveç millisinin hücumçusu Erlinq Haaland Çin istehsalı bitki çayı üçün çəkildiyi reklam videosu ilə gündəm olub.
Publika.az xəbər verir ki, videonun əvvəlində hər şey adi qaydada başlayır. Arxa fonda futbolçunun adı ilə bağlı məşhur mahnı səslənir, Haaland isə futbol meydançasına çıxaraq özünəməxsus texnikasını nümayiş etdirir. Lakin bundan sonra reklam tamamilə qeyri-adi və fantastik məcraya keçir.
Səhnələrdən birində norveçli futbolçu manqal başında şişlərlə görünür və qəfil ağzından alov çıxır, eyni zamanda əlində Çin bitki çayı bankasını rahatlıqla tutur.
Növbəti kadrlarda Haaland artıq bir bardadır və yanında bir qadınla oturaraq eyni içkini reklam etməyə davam edir. Sanki baş verənlər tamamilə normaldır.
Futbol, alov, manqal və çayın bu qədər qeyri-adi şəkildə birləşdirilməsi videonu qısa müddətdə Çin sosial şəbəkələrində gündəm edib. İstifadəçilər reklamı “kult” adlandırır, bəzi azarkeşlər isə bunun son illərin ən yadda qalan futbolçu reklamlarından biri olduğunu deyirlər.
-
Sağlamlıq02:42Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?
-
ABŞ00:15ABŞ-ın məxfi "51-ci Zona"sında GÜCLÜ YANĞIN
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni ilham mənbələri tapa bilərsiniz
-
Səhiyyə30 İyul 23:48Diabetin gözlənilməz səbəbi - Yeni müalicə strategiyası yarana bilər
-
Magazin230 İyul 23:36Ben Afflek bir milyon dollar qazandı
-
Magazin130 İyul 23:12"Bunu evdən öyrənib efirə gəlin" - - Könül Kərimovadan irad
-
İdman30 İyul 22:24"Zirə" Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ
-
ABŞ30 İyul 22:12Uşaq qidaları ilə bağlı şokedici araşdırma - Alimlər nələr aşkar ediblər?
















.jpg)















