Nyu-Yorkun zümər nəslindən olan BİRİNCİ LEDİSİ - “Müasir Şahzadə Diana” nəyə doğru getdiyini bilirdi
Bizi izləyin

ABŞ

Nyu-Yorkun zümər nəslindən olan BİRİNCİ LEDİSİ - “Müasir Şahzadə Diana” nəyə doğru getdiyini bilirdi

Nyu-Yorkun yeni meri 34 yaşlı demokrat Zohran Mamdani oldu. Onu tez-tez sosialist adlandırırlar. O, noyabrın əvvəlində keçirilən seçkilərdə qalib gəlib və ABŞ-ın ən bahalı şəhəri olan Nyu-Yorku sakinlər üçün daha əlçatan etməyi vəd edib. Mamdaninin qələbəsi böyük rezonans doğurub: o, Nyu-York tarixində mer postunda ilk müsəlmandır və son yüz ildə bu vəzifəyə gəlmiş ən gənc şəxsdir. Mətbuatın diqqətini həmçinin onun həyat yoldaşı - 28 yaşlı rəssam Rama Duvac da cəlb edib. Onu zümər nəslindən (Generation Z (Zümər nəsli) 1995–2010-ci illər arasında doğulanlar) olan Nyu-Yorkun ilk birinci xanımı dlandırırlar.

Publika.az onun haqqında əldə etdiyi mlumatları təqdim edir:

Rama Duvaci - suriyalı köklərə malik amerikalıdır

Rama Duvaci 1997-ci ildə Texas ştatının Hyuston şəhərində Suriyadan olan müsəlman ailəsində doğulub. Atası proqramçı, anası isə həkimdir. O, doqquz yaşında ailəsi ilə birlikdə Dubaya köçüb. Uşaqlıqdan rəsm çəkməyi sevib və məktəbi bitirdikdən sonra Virciniya Birliyi Universitetində (Qətər və ABŞ kampuslarında) incəsənət təhsili alıb. 2019-cu ildə təhsilini başa vurub və Dubayda ailəsi ilə yaşamağa davam edib. 2021-ci ildə pandemiya məhdudiyyətləri yumşalanda o, Nyu-Yorka köçüb.

O, illüstrasiya və animasiya ilə məşğuldur

2024-cü ildə Rama Nyu-Yorkun Vizual İncəsənətlər Məktəbini bitirib və “Vizuallaşdırılmış esse kimi illüstrasiya” ixtisası üzrə magistr dərəcəsi alıb. Onun çox vaxt ağ-qara üslubda olan işləri bacılıq, Yaxın Şərqdəki böhranlar və sosial ədalət mövzularını əks etdirir. O, “The New Yorker”, “The Washington Post”, BBC və Londondakı Tate Modern qalereyası ilə əməkdaşlıq edib. İllüstrasiya və animasiya ilə yanaşı keramika da yaradır.

Gələcək əri ilə tanışlığı tanışlıq tətbiqində baş verib

Onlar 2021-ci ildə "Hinge" tətbiqində tanış olublar. Həmin vaxt Zohran Mamdani Nyu-York ştatı qanunverici yığıncağının az tanınan deputatı idi, Rama isə frilanser animator və illüstrator. Zohranın dostlarının sözlərinə görə, onlar Ramadan çox təsirləniblər və Rama tezliklə dost qruplarına uyğunlaşıb. 2025-ci ilin fevralında Zohran və Rama Nyu-Yorkda evləniblər. Bu, sadə bir mülki mərasim olub. Sonradan toy Dubayda (Ramanın ailəsinin yaşadığı yer) və Zohranın vətəni olan Uqandada qeyd olunub.

Seçkiqabağı kampaniyada onun üçün təbliğat aparmayıb

Zohran 2024-cü ilin payızında, Ramayla nişanlandıqlarından qısa müddət sonra, merliyə namizədliyini irəli sürüb. Seçki kampaniyası zamanı Rama əsasən kölgədə qalmağa üstünlük verib: o, ərinin təbliğatı ilə məşğul olmayıb, TV-də onunla görünməyib, sosial şəbəkələrində demək olar ki, onu xatırlatmayıb (İnstagramda kampaniya ilə bağlı cəmi bir paylaşım edib) və müsahibə verməyib. Buna görə də Mamdaninin rəqibləri “onu gizlədib-gizlətmədiyini” soruşmağa başlayıblar. Siyasətçi isə sağçı trollara ailəsini yox, öz mövqelərini tənqid etməyi məsləhət görüb. “Rama sadəcə həyat yoldaşım deyil, özlüyündə tanınmalı olan möhtəşəm bir rəssamdır”, — deyə o bildirib.

Amma kulisdə ona yardım edib

CNN-in məlumatına görə, Rama Zohranın seçki kampaniyasının vizual üslubunun hazırlanmasında iştirak edib — xüsusilə də Nyu-York sakinlərinə tanış rəngləri birləşdirən şriftdə: Metrocard-ın sarısı, New York Mets komandasının mavisi və yanğın hidrantlarının qırmızısı. Bundan başqa, Rama Zohranın sosial şəbəkələri necə aparacağına da töhfə verib. Bir çox jurnalistlərin fikrincə, məhz TikTok və Instagramdakı viral videolar onun populyarlığının sürətlə artmasına kömək edib.

Onun gələcək siyasi rolu hələ aydın deyil

Rama Duvaci Nyu-Yorka köçdükdən cəmi dörd il sonra şəhərin birinci ledisi oldu; o, bunun üçün ən gənc qadındır və həm də ilk müsəlmandır. Onun illüstrasiyaları, sosial media paylaşımları və nadir açıqlamalarına baxılsa, o, ərinin siyasi baxışlarını bölüşür. Xüsusilə də İsrailin Qəzzadakı müharibəsini tənqid edir və bunu işlərində əks etdirməyə çalışır. Lakin yeni birinci ledi kimi siyasətdə fəaliyyəti necə olacaq, hələ bəlli deyil. CNN-in məlumatına görə, Rama və Zohran seçkilərin həyatlarını necə dəyişəcəyini əvvəlcədən müzakirə ediblər, yəni Rama “nəyə doğru getdiyini bilirdi”. Amma o, ərinin qalib gəldiyi halda özünün hansı ictimai rola sahib olacağı barədə danışmaqdan imtina edib.

Amma artıq diqqət mərkəzindədir

Ramanın "Instagramda" 1,3 milyon izləyicisi var (təxminən 1 milyon izləyici Nyu-York mer seçkilərindən sonra gəlib). Jurnalistlər onun paylaşımlarını (“MAGA tərəfdarları Zohran Mamdaninin həyat yoldaşına hücum edib, çünki o, bir fələstinli influenserin ölümünə görə kədərləndiyini bildirib”), geyimlərini (merin həyat yoldaşı kimi ilk çıxışında Londonda yaşayan fələstinli dizaynerin topunu geyinib) və saç düzmünü (qısa saç kəsimi "Vogue" jurnalına görə ilin ən dəbli saç modeli seçilib) müzakirə edirlər. Hətta dostlarından biri Ramanı “müasir Şahzadə Diana” adlandırıb. O isə hələlik səssiz qalmağı üstün tutur. Son müsahibəsini 2025-ci ilin aprelində verib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm