ABŞ
Tramp Türkiyəyə qarşı sanksiyaları LƏĞV ETDİ
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ Prezidenti Donald Trampın Ankaranın "S-400" hava hücumundan müdafiə sistemlərini almasından sonra ona qarşı tətbiq etdiyi CAATSA sanksiyalarının ləğvi barədə göstəriş verdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, türkiyəli nazir "AHaber" TV-yə müsahibəsində bildirib ki, görüş zamanı Tramp Ərdoğana iki ölkə arasında CAATSA sanksiyalarının ləğvinin zəruriliyini bildirib və rəsmilərə müvafiq tapşırıqlar verib.
Fidan qeyd edib ki, Tramp administrasiyası keçmiş prezident Co Baydenin komandasından əsaslı şəkildə fərqlənir və bu problemin həllinə sadiqdir. Nazirin sözlərinə görə, yaxın vaxtlarda sanksiyalar məsələsinin həlli gözlənilir.
Sentyabrın əvvəlində Amerika lideri Ərdoğanın Amerikanın maraqlarına uyğun müəyyən addımlar atması şərti ilə Ankaraya "F-35" qırıcıları almağa mümkün icazə veriləcəyini açıqlamışdı. ABŞ-ın Türkiyədəki səfiri və prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak bu ilin sonuna kimi döyüş təyyarələrinin tədarükü məsələsinin həll olunacağına ümid etdiyini bildirib.
Türkiyə ilə Rusiya arasında "S-400" zenit sistemlərinin tədarükü ilə bağlı 2017-ci ildə imzalanmış müqavilə Ankara ilə Vaşinqton arasında münaqişəyə səbəb olub. Amerika tərəfi Türkiyədən "Patriot" sistemlərinin xeyrinə Rusiya sistemlərindən imtina etməsini tələb edib, lakin Türkiyə rəhbərliyi bu tələbləri rədd edib. Buna cavab olaraq Vaşinqton Türkiyəni "F-35" qırıcı təyyarələrinin istehsalı proqramından kənarlaşdırıb, CAATSA qanununa əsasən müdafiə sənayesi rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib və "F-35" proqramı ilə bağlı ortaq memorandumu ləğv edərək, daha yeddi tərəfdaşla: Böyük Britaniya, İtaliya, Hollandiya, Avstraliya, Danimarka, Kanada və Norveçlə yeni sənəd imzalayıb.
Hüseyn İbadlı
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO
-
Elm və təhsil5 May 22:00Cəlilabadda gənc müəllim vəfat etdi
-
Sosial5 May 21:36Anası o uşaqdan imtina etdi
-
Magazin25 May 21:12Gənc aktrisa faciəvi şəkildə həlak oldu - FOTO



























.png)

.jpg)





