ABŞ
ABŞ Sərhəd Patrulu Şarlotta yerləşdirildi - HƏBSLƏR BAŞLADI
ABŞ Sərhəd Xidmətinin qüvvələri Şimali Karolina ştatının Şarlott şəhərində yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
“Federal agentlər (ABŞ – red.) şəhərdə sərhəd xidmətinin yerləşdirilməsindən sonra həbslərə başlayıblar. Daxili Təhlükəsizlik Nazirliyinin iddiasına görə, tədbirlər amerikalıların təhlükəsizliyini təmin etmək və ictimai təhlükəsizlik təhdidlərini aradan qaldırmaq məqsədi daşıyır”, – deyə telekanalın materialında bildirilir.
İyun ayından etibarən ABŞ Prezidenti cinayətkarlığa qarşı mübarizə məqsədilə federal güc strukturlarının ölkənin iri şəhərlərinə cəlb olunması praktikasını həyata keçirməyə başlayıb. Bu çərçivədə Los-Anceles, Vaşinqton, Çikaqo, Memfis, Portlend və San-Fransiskoda Milli Qvardiya və digər qurumların qüvvələri yerləşdirilib.
Lakin bu praktika tez-tez Tramp administrasiyasının hərəkətlərini qanunsuz hesab edən dairə məhkəmələrinin müqaviməti ilə üzləşir. Belə ki, oktyabrın sonunda məhkəmə Trampın Çikaqoya Milli Qvardiya yerləşdirməsini qeyri-müəyyən müddətə qadağan edib.
Hüseyn İbadlı
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
































