ABŞ
ABŞ ordusu Sakit okeanda HÜCUMA KEÇDİ
Amerika ordusu Sakit okeanın şərq hissəsində narkotik daşıyan gəmiyə zərbə endirib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (USSOUTHCOM) məlumat yayıb.
Bəyanata görə, 15 noyabrda “Cənub nizəsi” adlı birləşmiş operativ qrup ABŞ-ın müharibə naziri Pit Heqsetin göstərişi ilə “öldürücü kinetik zərbə” həyata keçirib. Kəşfiyyat məlumatlarına əsasən, gəmi terror təşkilatına məxsus olub və narkotik qaçaqmalçılığı ilə məşğul imiş. Hücum nəticəsində göyərtədə olan üç nəfər məhv edilib.
Noyabrın 7-də Heqset Karib dənizində “narkoterrorçuların gəmisi”nə yeni zərbə endirildiyini açıqlamışdı.
Bir sıra ekspertlərin fikrincə, ABŞ ordusu narkokartellərə qarşı mübarizə çərçivəsində Venesuelada bir sıra obyektlərin ələ keçirilməsi əməliyyatına başlamağa hazırdır.
Hüseyn İbadlı
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
































