ABŞ
Ağ Evdə KRİTİK GÖRÜŞ: ABŞ bu ölkəyə 48 ədəd beşinci nəsil qırıcı sata bilər - VİDEO
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb
Publika.az xəbər verir ki, Bin Salmanın “Mercedes”i atlı mühafizəçilərin müşayiəti ilə Ağ Evə gəlib.
Onu qapıda ABŞ-ın yüksək səviyyəli rəsmiləri, o cümlədən Trampın özü, ABŞ dövlət katibi Marko Rubio, ABŞ vitse-prezidenti J.D.Vens və digər siyasətçilər qarşılayıblar.
Bin Salmanın səfər proqramına Oval kabinetdə danışıqlar, Nazirlər Kabinetinin otağında işçi nahar və rəsmi şam yeməyi daxildir.
ABŞ və Səudiyyə Ərəbistanı liderləri arasında keçiriləcək görüşdə 48 ədəd beşinci nəsil "F-35" qırıcılarının Ər-Riyada mümkün satışının müzakirə ediləcəyi gözlənilir. İsrail hazırda Yaxın Şərqdə belə təyyarələrə malik olan yeganə ölkədir.
Səudiyyə Ərəbistanının vəliəhdi Trampın dəvəti ilə noyabrın 17-də ABŞ-a səfər edib. Gələcək monarx rəsmi işgüzar səfərlə ABŞ-a uçub.
Hüseyn İbadlı
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
































