ABŞ
Mask Ağ Evdəki atışmadan sonra çağırış etdi: Daha nə qədər insan ölməlidir?
Amerikalı sahibkar İlon Mask Ağ Evin yaxınlığında naməlum şəxsin Milli Qvardiyanın iki əməkdaşına atəş açmasına kəskin reaksiya verib. O bildirib ki, bu hadisə təhlükəsizlik sistemlərində ciddi dəyişikliklərə ehtiyac olduğunu nümayiş etdirir.
Publika.az xəbər verir ki, Mask bu barədə sosial mediada yazıb.
"Pozulmuş sistemimizdə islahatlar aparmaq üçün nə qədər günahsız insan ölməlidir? Qəti tədbirlərə ehtiyac var", - deyə o qeyd edib.
Xatırladaq ki, çərşənbə günü günorta Vaşinqton şəhərinin mərkəzində naməlum silahlı Milli Qvardiyanın üzvlərinə atəş açıb, iki nəfər yaralanıb. Onların vəziyyəti hazırda kritik qiymətləndirilir.
Prezident Donald Tramp Amerika xalqına müraciətində baş verənləri “terror aktı” və “bütün xalqımıza qarşı cinayət” adlandıraraq, hakimiyyətin qeyri-qanuni mühacirlərin hücumlarına dözməyəcəyini vurğulayıb.
Təcavüzkarın mümkün əfqan mənşəli olması ilə bağlı xəbərlərdən sonra konqresmen Luna Co Baydenin rəhbərliyi altında ABŞ-a gələn bütün Əfqanıstan vətəndaşlarının dərhal yoxlanılmasını tələb edib.
Adəm
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı
-
Hadisə10 İyun 20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal10 İyun 18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial10 İyun 16:38Əli Kərimlinin həbs müddəti uzadıldı












.jpg)




.jpg)
















