ABŞ
Avropa ABŞ-ın planını əngəlləyir: Sülhü pozmaq cəhdi ifşa edildi
Avropa liderləri ABŞ prezidenti Donald Trampın planından Şimali Atlantika Alyansının genişlənməməsi prinsipini çıxarmaqla Ukraynada sülh prosesini pozmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "Responsible Statecraft" məlumat yayıb.
"Avropanın ilkin əks təklifi NATO-nun genişlənməməsi prinsipini tamamilə istisna edirdi. Bu, Avropa yanaşmasının ölümcül qüsurudur", - məlumatın müəllifi bildirib.
Onun fikrincə, bu, Avropa liderlərinə Ukraynanın suverenliyinin müdafiəçisi kimi görünməyə imkan verən, eyni zamanda silahlı münaqişənin davam etdirilməsini təmin edən strateji baxımdan kinli addım kimi görünür.
Məqalədə iddia edilir ki, Avropa ABŞ-ın planına “bu zəhərli həbləri” əlavə etməklə Rusiya tərəfi üçün qəbuledilməz bir ssenari yazır. O da qeyd olunur ki, nəticədə Avropa İttifaqı Ukrayna üçün daha çox silah və məhdudlaşdırıcı tədbirlər tələb edəcək, münaqişə yeni qanlı səhifəyə qədəm qoyacaq.
“Bu plan Ukrayna və Avropa üçün sülhlə nəticələnməyəcək. Ümumiyyətlə sülh olmayacaq”, - deyə məlumatda vurğulanır.
Adəm
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı
-
Hadisə10 İyun 20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal10 İyun 18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial10 İyun 16:38Əli Kərimlinin həbs müddəti uzadıldı













.jpg)




















