ABŞ
Növbəti “Green Card” müraciətləri buna görə gecikib
ABŞ-dəki “Green Card” lotereyası proqramına 2026-cı il üçün müraciətlərin hələ də açılmaması namizədlər arasında geniş müzakirələrə səbəb olub.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, adətən, oktyabr–noyabr aylarında başlayan proses bu il ilk dəfə olaraq gecikir.
Qeyd edək ki, ABŞ mediası gecikmənin səbəbi kimi müraciət sistemində aparılan texniki yenilikləri göstərir. İddialara görə, proqramda 1 dollarlıq qeydiyyat haqqı tətbiq olunacaq və bunun üçün sistem yenilənir. Bu ödənişin məqsədi saxta müraciətlərin qarşısını almaq və yüklənməni azaltmaqdır.
Bundan başqa, bir neçə ildir müzakirə edilən pasport tələbinin geri qaytarılması ehtimalı da gündəmdədir. Onu da bildirək ki, lotereyaya müraciətlərin dəqiq vaxtı qeyd edilməsə də, prosesin yaxın zamanlarda başlaması gözlənilir.
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı
-
Hadisə10 İyun 20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal10 İyun 18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial10 İyun 16:38Əli Kərimlinin həbs müddəti uzadıldı












.jpg)




.jpg)
















