ABŞ
ABŞ yaxın həftələrdə İrana hücum planlaşdırır
ABŞ İrandakı etirazlar fonunda "yaxın həftələrdə" bu ölkəyə hücum etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə məlumatlı mənbələr "İran İnternational"a bildiriblər.
Mənbənin sözlərinə görə, ABŞ ötən həftə çoxlu hərbi texnikanı Yaxın Şərqə göndərib və bu proses qarşıdakı günlərdə də davam edəcək.
Qeyd olunub ki, İsrail sadəcə ABŞ-nin addımından sonra və yalnız İranın İsrailə hücum etməsi və ya belə hücum niyyətinin açıq əlamətlərini göstərməsi halında əməliyyata qoşulacaq.
Daha əvvəl "Reuters" agentliyi İsrailin son illərin ən böyük hökumət əleyhinə etirazları fonunda ABŞ-nin İrandakı vəziyyətə müdaxilə etmə ehtimalı ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirildiyi barədə məlumat yaymışdı.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp son günlərdə dəfələrlə İrana müdaxilə ehtimalından danışıb və İran rəsmilərini etirazların zorla yatırılmaması barədə xəbərdar edib.
Sonuncu dəfə ABŞ ötən ilin iyun ayında İsrail və İran arasında 12 günlük müharibə zamanı bu ölkəyə hava zərbələri endirmişdi.
-
Rəsmi xronika23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin220:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin219:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür






.jpg)












.jpg)

















