ABŞ
Trampdan İrana yeni xəbərdarlıq - “Hər şey çox travmatik olacaq”
"ABŞ-ın İranla saziş bağlaması zəruridir, əks halda bu vəziyyət İslam Respublikası üçün travmatik olacaq".
Publika.az xəbər verir ki, bu fikirləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbir zamanı səsləndirib.
"İranla saziş bağlamalıyıq. Əks təqdirdə hər şey çox travmatik, çox dramatik olacaq", - deyə o bildirib.
Amerika liderinin sözlərinə görə, Tehran hələ "birinci dəfədən" saziş bağlamalı idi.
"Bunun əvəzinə onlar 'Gecəyarısı çəkici' (Midnight Hammer) ilə üzləşdilər və bu, İran üçün çox travmatik olacaq", — deyə o əlavə edib.
Fevralın 11-də Tramp bəyan etmişdi ki, İran nüvə proqramından imtina etmək şərtilə ABŞ ilə saziş bağlamaq istəyir.
Qeyd edək ki, fevralın 6-da Omanın paytaxtında İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqlar baş tutub. Bu görüş 2025-ci ilin iyununda İran-İsrail münaqişəsinin kəskinləşməsi səbəbindən yaranmış uzun fasilədən sonra ilk təmas olub. Həmin vaxta qədər tərəflər artıq beş məsləhətləşmə raundu keçirmişdilər.
Hüseyn İbadlı
-
Sosial08:48Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ
-
ABŞ08:36ABŞ 50 illik təhlükəsizlik prinsipindən imtina etdi - Sərt qoruyucu tədbirlər tətbiq ediləcək
-
Avropa07:478 ildir sahibi tapılmayan təyyarə 10 avrodan hərraca çıxarıldı - FOTO
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ
-
İdman06:46“Barselona” onu yalnız bu halda satacaq
-
Magazin106:16Vüsalə bağ evindən görüntülər paylaşdı - VİDEO
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir











.jpg)






















