ABŞ
Tramp Çinə gedir, Cinpin isə...
ABŞ Prezidenti Donald Tramp aprel ayında Çinə səfər etmək niyyətində olduğunu, Çin Xalq Respublikasının sədri Si Cinpinin isə ilin sonuna doğru ABŞ-a cavab ziyarəti reallaşdıracağını bəyan edib.
Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri media nümayəndələrinə açıqlamasında bu görüşləri böyük maraqla gözlədiyini bildirib.
Prezident vurğulayıb ki, hazırda ABŞ-Çin münasibətləri, eləcə də onun Çin lideri ilə şəxsi əlaqələri "mükəmməl" vəziyyətdədir.
Səfər çərçivəsində ticarət balansının tənzimlənməsi, kənd təsərrüfatı məhsullarının satışı və texnoloji sahədə əməkdaşlıq kimi strateji mövzuların gündəmdə olacağı gözlənilir.
Qeyd edək ki, fevralın əvvəlində iki lider arasında baş tutan uzunmüddətli telefon danışığı zamanı ticarət, hərbi məsələlər, Tayvan, Ukraynadakı müharibə və İranla bağlı vəziyyət geniş şəkildə müzakirə olunub.
Tramp həmçinin yanvar ayında verdiyi bəyanatlarda həm Si Cinpin, həm də Rusiya Prezidenti Vladimir Putinlə dostluq münasibətlərini xüsusi qeyd edib. O, Si Cinpini "qeyri-adi insan" adlandıraraq, Çinin onun rəhbərliyi altında əldə etdiyi nailiyyətləri "heyrətamiz" hesab etdiyini bildirib.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var



































