ABŞ
Tramp İranın nüvə obyektlərinə zərbələr endirilməsi imkanını nəzərdən keçirir
ABŞ Prezidenti Donald Tramp Tehranla danışıqların nəticəsiz qalacağı təqdirdə İranın nüvə və raket proqramı obyektlərinə zərbələr endirilməsi imkanını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti amerikalı rəsmilərə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, müzakirə olunan variantlar arasında İranın nüvə infrastrukturu və ballistik raketlərin buraxılması imkanlarına qarşı hərbi əməliyyatlar da var. Qəzet qeyd edir ki, Tramp ayrı-ayrı hərbi obyektlərə qarşı əməliyyatlar üçün ABŞ xüsusi təyinatlılarının göndərilməsi ehtimalını da araşdırır.
Eyni zamanda, “The New York Times” bildirir ki, milli təhlükəsizlik komandasının nümayəndələri prezidentə hələlik addım atmamağı tövsiyə ediblər. Onların fikrincə, Pentaqon bölgədə mümkün cavab addımlarına qarşı həssas ola biləcək 11 ölkədə zərbə imkanlarını artırdığı və müdafiəni gücləndirdiyi müddətdə hərəkətlər təxirə salınmalıdır.
Xatırladaq ki, Tramp daha əvvəl İranla razılaşmanın əldə edilməsinin vacibliyini bəyan etmişdi. Bundan başqa, “The New York Times” ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısının Fars körfəzinə göndərilməsi barədə də məlumat yaymışdı. (Teleqraf)
-
Sosial08:48Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ
-
ABŞ08:36ABŞ 50 illik təhlükəsizlik prinsipindən imtina etdi - Sərt qoruyucu tədbirlər tətbiq ediləcək
-
Avropa07:478 ildir sahibi tapılmayan təyyarə 10 avrodan hərraca çıxarıldı - FOTO
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ
-
İdman06:46“Barselona” onu yalnız bu halda satacaq
-
Magazin106:16Vüsalə bağ evindən görüntülər paylaşdı - VİDEO
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir











.jpg)






















