ABŞ
Vaşinqtonun Tehranla necə razılığa gələcəyi məlum oldu
Amerika Birləşmiş Ştatları İran neftinə təzyiqi artırmaqla bu ölkə ilə razılığa gəlməyi planlaşdırır.
Publika.az xəbər verir ki. bu barədə "Axios" portalı amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü Ağ Evdə keçirilən görüşdə ABŞ-ın İrana qarşı iqtisadi təzyiqi, əsasən də neftin Çinə satışı hissəsində gücləndirilməsi barədə razılığa gəliblər.
Jurnalistlərin məlumatına görə, ABŞ iqtisadi təzyiqi danışıqlar prosesi və Yaxın Şərqdəki hərbi mövcudluğunun artırılması ilə paralel şəkildə gücləndirmək niyyətindədir.
Fevralın 12-də Tramp ABŞ-ın İranla saziş bağlamasının zəruri olduğunu bəyan edib. Ağ Ev rəhbərinin sözlərinə görə, belə bir razılaşmanın olmaması İslam Respublikası üçün "travmatik" olacaq.
Fevralın 11-də isə ABŞ Prezidenti Tehranın Vaşinqtonla nüvə proqramından imtina etməyi nəzərdə tutan saziş bağlamaq istədiyini bildirib. Trampın fikrincə, İranın bu razılaşmadan imtina etməsi "axmaq addım" olardı.
Hüseyn İbadlı
-
Sosial08:48Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ
-
ABŞ08:36ABŞ 50 illik təhlükəsizlik prinsipindən imtina etdi - Sərt qoruyucu tədbirlər tətbiq ediləcək
-
Avropa07:478 ildir sahibi tapılmayan təyyarə 10 avrodan hərraca çıxarıldı - FOTO
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ
-
İdman06:46“Barselona” onu yalnız bu halda satacaq
-
Magazin106:16Vüsalə bağ evindən görüntülər paylaşdı - VİDEO
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir











.jpg)






















