ABŞ
Rubio Trampın istəyini Zelenskiyə çatdırdı
ABŞ-ın dövlət katibi Marko Rubio Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Amerika xarici siyasət idarəsinin rəhbəri "X" sosial şəbəkəsində məlumat verib.
"Ukraynanın təhlükəsizlik məsələlərini, müdafiə və iqtisadi tərəfdaşlığın dərinləşdirilməsini müzakirə etmək üçün Zelenski ilə görüşdüm. Prezident Donald Tramp qan tökülməsinə birdəfəlik son qoyacaq həll yolu tapmaq istəyir", - deyə dövlət katibi yazıb.
Bir neçə saat əvvəl Rubio G7 ölkələrindən olan həmkarları ilə görüşündə vurğulayıb ki, ABŞ Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlarda gələcəkdə də iştirak etmək niyyətindədir. Dövlət katibi xarici işlər nazirləri ilə həmçinin Hind-Sakit okean regionu və Qərb yarımkürəsindəki təhlükəsizlik çağırışlarını müzakirə edib.
Ötən gün Rubio Münhen Təhlükəsizlik Konfransında Ukraynadakı nizamlanma prosesində irəliləyişin olduğunu bildirib və qeyd edib ki, "ən çətin" məsələlər hələ də həllini gözləsə də, həll olunmamış sualların dairəsi "daralıb". O, danışıqların yeni raundunun fevralın 17-də baş tutacağını təsdiqləyib. Bundan əlavə, Rubio öz çıxışında Avropanı ABŞ ilə birlik nümayiş etdirməyə çağırıb.
Hüseyn İbadlı
-
Ekologiya19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil16:28Keçid balları düşəcək?
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
-
Hadisə13:21Azərbaycanda vəzifəli şəxs vəfat etdi





































