ABŞ
Rubio G7 ölkələrinin XİN rəhbərlərinə nələr deyib?
"ABŞ Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlarda gələcəkdə də iştirak etmək əzmindədir".
Publik.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio G7 ölkələrindən olan həmkarları ilə görüşündə vurğulayıb.
Rubio, ABŞ-ın Venesuelada sabitliyin qorunmasına və Ukraynadakı münaqişəni dayandırmaq məqsədilə danışıqlar aparılmasına sadiqliyini təsdiqləyib. Bundan əlavə, dövlət katibi G7 ölkələrinin xarici işlər nazirləri ilə Afrika, Avropa və Yaxın Şərqdəki aktual problemləri və mövcud vəziyyəti müzakirə edib. O deyib ki, oradakı münaqişələr qlobal sabitliyi təhdid edir.
"Rubio və həmkarları sülh və sabitliyə qarşı qlobal təhdidlərə cavab vermək üçün G7 ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini təsdiqləyiblər", - ABŞ-ın xarici siyasət idarəsinin saytında bildilib.
Məlumatda qeyd olunub ki, dövlət katibi xarici işlər nazirləri ilə həmçinin Hind-Sakit okean regionu və Qərb yarımkürəsindəki təhlükəsizlik çağırışlarını da müzakirə edib.
Hüseyn İbadlı
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO
-
İKT30 İyun 23:24"TikTok" 3,5 milyon cərimələndi



































