ABŞ
ABŞ İrana doğru yüzlərlə təyyarə və iki aviadaşıyıcı qrupu göndərdi
Britaniya mətbuatı ABŞ-ın İrana doğru yüzlərlə təyyarə və bir neçə aviadaşıyıcı qrupu köçürməyə başladığını xəbər verir.
Publika.az xəbər verir ki, “USS Gerald R. Ford” gəmisinin Cəbəllüttariq vasitəsilə Aralıq dənizi istiqamətində hərəkəti, həmçinin “USS Abraham Lincoln” gəmisinin Oman yaxınlığında olduğu qeydə alınıb. Ümumilikdə söhbət 12 ABŞ gəmisindən gedir.
Bundan əlavə, media “F-35” və “F-22” qırıcılarının, “KC-135” və “KC-46” yanacaqdolduran təyyarələrinin, habelə “C-17A” və “С-5М” nəqliyyat təyyarələrinin köçürülməsi barədə məlumat yayır. Ekspertlərin qiymətləndirməsinə görə, bu qruplaşma sutkada 800-ə qədər uçuşu təmin edə bilər.
Xatırladaq ki, Donald Tramp daha əvvəl ABŞ hərbçilərinin İrana məhdud zərbə endirmək üçün tam döyüş hazırlığı vəziyyətində olduğunu bəyan etmişdi.
Amerika Prezidenti Tehran hakimiyyətinə ABŞ ilə saziş imzalamaq barədə qərar qəbul etmək üçün 15 gün vaxt verib.
Hüseyn İbadlı
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu






































