ABŞ
Trampdan bütün dövlətlərə qarşı şok qərar
ABŞ Prezidenti Donald Tramp, fevralın 20-də elan etdiyi bütün dövlətlərə qarşı tətbiq olunan rüsumları 10 faizdən 15 faizə qaldırdığını bəyan edib.
Publika.az xəbər verir ki, ABŞ Ali Məhkəməsi qərara alıb ki, Tramp idxal rüsumlarını elan etmək üçün Fövqəladə İqtisadi Səlahiyyətlər Haqqında Qanundan istifadə edə bilməz, hərçənd Amerika prezidenti öz hüququnu məhz bu sənədlə əsaslandırırdı. Altı hakim qərarın lehinə, üçü isə əleyhinə səs verib. Beləliklə, Amerika məhkəməsi Trampın hərəkətlərinin səlahiyyətləri aşma kimi şərh edilə biləcəyi qənaətinə gəlib. Ali Məhkəmədən əvvəlki aşağı instansiya məhkəməsi də eyni qərarı vermişdi.
Ali Məhkəmənin qərarından qısa müddət sonra "CNN" telekanalının aparıcısı Keytlen Kollins Trampın artıq "ehtiyat plan" barədə danışdığını bildirib. Kollins detalları açıqlamayıb. Onun sözlərinə görə, Amerika Prezidenti ABŞ-ın ali məhkəmə instansiyasının verdiyi hökmü "rüsvayçılıq" hesab etdiyini deyib.
Bundan dərhal sonra Tramp bütün dövlətlər üçün 10 faizlik ticarət rüsumları elan edib və sonradan həmin dərəcəni artırıb.
Hüseyn İbadlı
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu






































