ABŞ
Tramp paytaxtda fövqəladə vəziyyət elan etdi
ABŞ Prezidenti Donald Tramp şəhər kanalizasiyasından Potomak çayına tullantı sularının axması səbəbindən ölkənin paytaxtında fövqəladə vəziyyət rejiminin tətbiqini təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.
Bu, quruma yerli hakimiyyət orqanlarının fövqəladə vəziyyətin nəticələrinə qarşı bütün tədbirlərinin əlaqələndirilməsi, həmçinin yerli əhaliyə yardım göstərilməsi səlahiyyətləri verir.
Yanvarın ortalarında Merilend ştatında kanalizasiya borularının partlaması nəticəsində Potomak çayına 886 min kub metr tullantı suları axıb. Hadisə yerindən aşağı axında Vaşinqtonun hazırda bağlı olan su götürmə qurğuları yerləşir.
Fevralda ABŞ administrasiyasının rəhbəri Merilenddə genişmiqyaslı ekoloji fəlakət baş verdiyini deyərək ştat rəhbərliyini bacarıqsızlıqda ittiham edib.
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu






































