ABŞ
ABŞ İrana şərt qoydu - 48 saat ərzində...
ABŞ, İranın nüvə razılaşması planını 48 saat ərzində alacağı təqdirdə, onunla yeni danışıqlar raunduna hazırdır.
Publika.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ nümayəndələri fevralın 27-də Cenevrədə İranla yeni danışıqlar raundu keçirməyə hazırdırlar.
Ağ Evin mətbuat katibi Kerolayn Levitt daha əvvəl ABŞ-İran danışıqlarında müəyyən irəliləyişlər olduğunu, lakin tərəflərin hələ də bir-birindən uzaq olduğunu bildirmişdi.
"The Wall Street Journal" qəzetinin məlumatına görə, Cenevrədə keçirilən ABŞ-İran danışıqlarında Tehran, Vaşinqtonun nüvə proqramı ilə bağlı əsas narahatlıqlarını aradan qaldırmaq üçün yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini üçüncü tərəfə, məsələn, Rusiyaya göndərməyi təklif edib. Nəşr qeyd edib ki, İran tərəfi zənginləşdirməni üç ilə qədər dayandırmağa hazırdır. Lakin Tramp administrasiyası proqramın tamamilə dayandırılmasında israr edir.
Hüseyn İbadlı
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu






































