ABŞ
Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
Nyu-Yorka yaxınlaşan qar fırtınası səbəbindən şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Publika.az xəbər verir ki, bu barədə Nyu-York meri Zohran Mamdani özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
O bildirib ki, 22 fevral axşam saatlarından 23 fevral günorta saatlarına qədər magistral yollar nəqliyyatın hərəkəti üçün bağlanacaq, məktəblərdə dərslər olmayacaq, şəhər boyu isə isinmə məntəqələri açılacaq.
ABŞ Milli Meteorologiya Xidmətinin məlumatına görə, Nyu-Yorkda təxminən 45 sm yağıntı düşə bilər, küləyin sürəti isə saniyədə 26 metri keçəcək.
Yanvarın 25-də qar fırtınasının Birləşmiş Ştatlarda bir milyondan çox evi elektriksiz qoyduğu bildirilmişdi. Vaşinqtondakı Ronald Reyqan adına Milli Hava Limanı uçuşları tamamilə dayandırmışdı. ABŞ paytaxtında bütün şəhər muzeyləri və zoopark bağlanmışdı.
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu






































