ABŞ
ABŞ-ın rüsum qərarı bu iki ölkəni sevindirdi
ABŞ-ın idxal rüsumlarını artırması Çin və Braziliya üçün faydalı ola bilər.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumatların təhlilinə istinadla yazır.
ABŞ Prezidenti Donald Tramp bütün ölkələr üçün baza rüsum dərəcəsinin 10 faizdən 15 faizə qədər artırıldığını elan edib. Lakin nəşrin məlumatına görə, bir sıra dövlətlər üçün faktiki yük azalacaq.
Belə ki, Braziliya üçün orta rüsum səviyyəsi 13,6 faiz bəndi, Çin üçün isə 7,1 faiz bəndi azala bilər. Potensial fayda əldə edəcək tərəflər arasında Vyetnam, Tailand və Malayziyanın da adları çəkilir. Söhbət ilk növbədə geyim, mebel, oyuncaq və plastik məmulatların tədarükündən gedir.
Eyni zamanda, ABŞ-ın müttəfiqləri tarif yükünün artması ilə üzləşə bilərlər. Böyük Britaniya üçün orta rüsum səviyyəsi 2,1 faiz, Avropa İttifaqı üçün isə 0,8 faiz artacaq. Zərər çəkə biləcək ölkələr sırasında Yaponiyanın da adı qeyd olunur.
Hüseyn İbadlı
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu






































