ABŞ
Epşteyn təhlükəsizlik qüvvələrini aldadıb - O, məxfi sənədləri burada gizlədib
Cinsi cinayətlər və yetkinlik yaşına çatmayanların alveri ilə bağlı ittihamlarda adı hallanan amerikalı maliyyəçi Ceffri Epşteyn sübutları altı gizli anbarda gizlədib.
Publika.az “The Telegraph” qəzetinin araşdırma sənədlərinə istinadən xəbər verir ki, Epşteyn kompüterləri və fotoşəkilləri polisdən gizlətmək üçün xüsusi bina icarəyə götürüb.
Qeyd etmək lazımdır ki, müstəntiqlər hələ də həmin sənədləri əldə edə bilməyiblər. Buna görə də ehtimal edilir ki, ciddi rezonansa səbəb olacaq bir çox materiallar məhz həmin anbarlarda saxlanılır.
Bildirilir ki, evinə basqın ediləcəyini öyrənən Epşteyn cəld hərəkətə keçib, kompüterlərini anbara köçürmək üçün özəl detektivlər işə götürüb.
Müstəntiqlərin fikrincə, gizli anbarlarda saxlanılan sənədlər arasında hakimiyyət orqanlarının Epşteynlə bağlı ilk elektron poçtları dərc etdiyi 2009-cu ildən əvvəlki dövrə aid materiallar ola bilər.
Valeh
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu






































