ABŞ
Zelenski və Tramp 30 dəqiqə nə barədə danışdılar? - Yeniləndi
Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə fevralın 25-də baş tutan telefon danışığının detallarını açıqlayıb.
Publika.az xəbər verir ki, Zelenski bu barədə öz "Telegram" kanalında yazıb.
“ABŞ Prezidenti Donald Tramp ilə danışdım. Söhbətə Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də qoşuldular. Hazırda komandalarımız çox çalışır və mən bütün səylərə, müharibənin dayandırılması ilə bağlı danışıqlara bu cür cəlb olunduqlarına görə təşəkkür etdim.
Biz həmçinin PURL proqramıa böyük dəyər veririk. Bu qış Ukrayna üçün ən çətin qışdır, lakin ABŞ-dən ala biləcəyimiz hava hücumundan müdafiə raketləri bu çətinliklərin öhdəsindən gəlməkdə və insanların həyatını qorumaqda böyük köməkdir.
Nümayəndələrimizin sabah Cenevrədə ikitərəfli görüşdə üzərində işləyəcəkləri məsələləri, eləcə də mart ayının əvvəlində keçiriləcək tam üçtərəfli danışıqlar qruplarının növbəti görüşünə hazırlıqları müzakirə etdik.
Ümid edirik ki, bu, liderlik səviyyəsində danışıqlara keçməyə imkan verəcək. Prezident Tramp bu addımlar ardıcıllığını dəstəkləyir. Bütün mürəkkəb və həssas məsələləri həll etməyin və nəhayət müharibəyə son qoymağın yeganə yolu budur.
Təşəkkür edirəm!”, - Zelenski paylaşımda qeyd edib.
***
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə telefon danışığını başa çatdırıb.
Publika.az bu barədə Ukrayna Prezidentinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin bildirib.
"Artıq danışığı başa çatdırıblar", - deyə Litvin çərşənbə axşamı jurnalistlərə açıqlamasında qeyd edib.
O, danışığın təxminən 30 dəqiqə davam etdiyini söyləyib.
-
Magazin121:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO





































