ABŞ
ABŞ icazə verdi: Venesuelanın nefti bu ölkəyə satılacaq
ABŞ Maliyyə Nazirliyi Venesuela neftinin Kubaya yenidən satışına icazə verəcəyini açıqlayıb. Lakin bu əməliyyatlar yalnız Kubanın kommunist hökumətinə deyil, özəl sektoruna fayda verəcəyi halda mümkün olacaq.
Publika.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.
Qeyd olunur ki, bu addım ABŞ prezidenti Donald Trampın Kubaya tətbiq etdiyi yanacaq embarqosundan sonra atılıb. O zaman məqsəd Kuba hökumətini rejimi dəyişməyə və islahatlar aparmağa məcbur etmək idi.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məsələ ilə bağlı açıqlama verib: "Kubada istifadə üçün Venesuela mənşəli neftin yenidən satılmasına görə icazə tələb edən xüsusi lisenziya müraciətlərinə əlverişli lisenziyalaşdırma siyasəti tətbiq ediləcək".
Xəzinədarlıq departamentinin açıqlamasında vurğulanır ki, yeni siyasət Kuba xalqını dəstəkləyən əməliyyatlara yönəlib və Kuba ordusu, hökuməti və ya kəşfiyyat xidmətləri ilə bağlı əməliyyatlara şamil olunmayacaq.
Bu qərar Kubadakı yanacaq çatışmazlığı səbəbindən həyatın dayanmasının qarşısını almaq məqsədilə atılıb. Ölkədə elektrik kəsintiləri adi hala çevrilib, xəstəxanaların xidmətləri məhdudlaşıb, zibil yığanlar isə işini dayandırıb.
Bildirilib ki, ABŞ-ın keçən ay Venesuelanın solçu lideri Nikolas Maduroya qarşı hərbi və iqtisadi addımları Kubaya ciddi iqtisadi zərbə vurub, çünki Venesuela bölgənin əsas neft təchizatçısıdır. ABŞ-ın 1962-ci ildən bəri tətbiq etdiyi ticarət və iqtisadi embarqo fonunda isə bu yumşalma Kuba üçün mühüm addım sayılır.
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi







































