ABŞ
Trampla bağlı araşdırma aparan 10 FTB əməkdaşı işdən qovuldu
ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel Amerika Prezidenti Donald Trampın məxfi sənədləri saxlaması ilə bağlı iş üzrə istintaqda iştirak edən ən azı 10 xüsusi xidmət əməkdaşını işdən azad edib.
Publika.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, FTB əməkdaşları fevralın 25-də istefaya göndəriliblər. Onlar Florida ştatındakı Mar-a-Laqo malikanəsində məxfi sənədlərin saxlanılması işinin araşdırılmasında iştirak ediblər. İstintaqı ABŞ-ın xüsusi prokuroru Cek Smit aparırdı.
FTB əməkdaşlarının həmkarlar ittifaqı Pateli "qanunsuz işdən çıxarma"da ittiham edib. Təşkilatın məlumatına görə, büro rəhbərinin qərarı personalın hüquqlarını pozur və xüsusi xidmət orqanını zəiflədir.
2022-ci ilin avqustunda Amerika liderinin Floridadakı malikanəsində, Tramp Prezident vəzifəsindən getdikdən sonra məxfi materialların qanunsuz saxlanılması işi üzrə axtarışlar aparılmışdı. Məhkəmə protokollarına əsasən, axtarış zamanı FTB agentləri təxminən 100 məxfi sənədi, həmçinin geyim, hədiyyə və qeyri-məxfi sənədləri müsadirə etmişdilər.
2025-ci ilin martında FTB məxfi sənədləri Trampa geri qaytarıb. Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çunqun sözlərinə görə, Amerika liderinin şəxsi məlumatları qanunazidd və qanunsuz reydlər zamanı götürülmüşdü.
Hüseyn İbadlı
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi







































