ABŞ
ABŞ bu şirkətləri hədələdi: İrana xidmət göstərməyi dayandırın
ABŞ Maliyyə Naziri Skott Bessent İran aviaşirkətlərinə xidmət göstərən xarici şirkətlərin ABŞ sanksiyaları ilə üzləşə biləcəyini bildirib.
Publika.az xəbər verir ki, Bessent “X” sosial media hesabında paylaşım edərək bildirib:
"Xarici hökumətlər öz yurisdiksiyalarındakı şirkətlərin bu təyyarələrə xidmət göstərməməsi üçün bütün zəruri tədbirləri görməlidirlər, o cümlədən reaktiv yanacaq, qida, eniş haqqı və ya texniki xidmətlə bağlı”.
O qeyd edib ki, ABŞ Maliyyə Nazirliyi "İran şirkətlərinə kömək edən və ya onlarla iş görən hər hansı üçüncü tərəfə qarşı tədbir görməkdən çəkinməyəcək".
Ötən cümə günü ABŞ Maliyyə Nazirliyi Çin, BƏƏ, Liberiya, Panama, Vyetnam, Vircin adaları, Kayman adaları və Marşal adalarının yurisdiksiyalarında yerləşən 20 şirkətə, eləcə də İranla əlaqəli 19 neft tankerinə qarşı sanksiyaları genişləndirib. Çinin ən böyük neft-kimya kompleksi olan “Hengli Petrochemical” da siyahıya əlavə edilib.
Müəllif: Tural
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı


















.jpg)

.jpg)















.jpg)