Tramp ailəsinin izlənilməsi ilə bağlı sənədlər sızdırıldı - Kod adı: “Plasmic Echo”
Bizi izləyin

ABŞ

Tramp ailəsinin izlənilməsi ilə bağlı sənədlər sızdırıldı - Kod adı: “Plasmic Echo”

Tramp ailəsinin izlənilməsi ilə bağlı sənədlər sızdırıldı - Kod adı: “Plasmic Echo”

FTB prezident postunu tərk etdikdən sonra Donald Trampın məxfi sənədləri saxlaması işi üzrə istintaq çərçivəsində Melaniya və Barron Trampların səfərlərini izləyib.

Publika.az xəbər verir ki, bu barədə “New York Post” dərc olunmuş sənədlərə istinadən məlumat yayıb.

Materiallara əsasən, agentlər hava gəmisinin növü və səfər cədvəli ilə bağlı məlumatlar daxil olmaqla, sabiq prezidentin, onun həyat yoldaşının və azyaşlı oğlunun yerdəyişmələri haqqında informasiya toplayıblar. Bu məlumatlar 2022-ci ilin avqust ayında Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında axtarışın hazırlanması zamanı istifadə olunub.

Həmçinin, 2023-cü ildə müstəntiqlər o dövrdə Trampın seçki kampaniyasına rəhbərlik edən, sonradan isə Ağ Evin aparat rəhbəri olmuş Suzi Uaylsın telefon əlaqələrini izləyiblər. Xüsusilə, onun Trampın vəkilləri, kampaniya iştirakçıları, müşavirlər, jurnalistlər və eks-prezidentin özü ilə əlaqələri qeydə alınıb. Bu zaman istifadə olunan sistem zənglərin metadatalarını toplayıb.

İstintaq “Plasmic Echo” kod adı altında aparılıb. Vurğulnıb ki, o, Co Baydenin administrasiyası dövründə aparılıb, sonradan isə xüsusi prokuror Cek Smitə ötürülüb. Sənədlərdə həmçinin Trampın iqamətgahında axtarış aparılması üçün qanuni əsasların daxili müzakirələri də əksini tapıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm